Müsəlmanlardan İsrailə etiraz

Müsəlmanlardan İsrailə etiraz
  15 Noyabr 2014    Oxunub:1457
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Qüdsün müdafiəsi üçün beynəlxalq kampaniyaya başlayıb.
İƏT Gənclər Forumu müsəlmanların müqəddəs məkanı olan Əl-əqsa məscidinə girişdə İsrail tərəfindən yaş məhdudiyyəti qoyulmasına etiraz olaraq beynəlxalq kampaniyaya start verib.

Forumun İstanbuldakı baş ofisindən AzVision.az-a verilən xəbərə görə, “50 yaşa qədər bir Fələstinliyəm” (I am Palestinian under 50) adlı kampaniyanın əsas məqsədi İsrailin bir milyard yarım müsəlman tərəfindən müqəddəs sayılan bir məkanla bağlı bu qadağasının bölgədə və dünyada mədəniyyətlərarası qarşıdurmaya səbəb olmasının qarşısını almaq, Qüdsün 1400 illik müsəlman kimliyinin tamamilə yox edilməsi təşəbbüsünə etiraz etməkdir.

İslam Konfransı Gənclər Forumunun kabinet rəhbəri Elməddin Mehdiyev kampaniyanın sosial şəbəkələrin köməyi ilə İndoneziyadan İordaniyaya qədər təşkilata üzv 45 ölkədə paralel şəkildə həyata keçiriləcəyini və sözügedən böhran həll edilənə qədər davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib.

Kampaniya çərçivəsində bu gün İstanbuldakı Sultan Əhməd meydanında böyük aksiya təşkil edilmiş, yerli əhaliyə və turistlərə məlumat məqsədi ilə hazırlanmış broşuralar paylanmışdır. Bənzər tədbirlər şəhərin ən böyük məscidlərindən hesab edilən Fateh və Eyyub məscidlərində də həyata keçirilib.

Xatırladaq ki, bir müddət əvvəl İsrail dövləti təhlükəsizlik tədbirləri adı altında Əl-əqsa məscidinə girişdə 50, daha sonra 45 yaş məhdudiyyəti gətirib.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti