`Yazışmaların hamısı durur...` - Arif Hacılıya cavab

`Yazışmaların hamısı durur...` - Arif Hacılıya cavab
  15 Noyabr 2014    Oxunub:1940
“Arif Hacılının görüş üçün dəvətinin hər üçündə razılıq vermişəm. Sadəcə təklif olunan vaxtlarda iştirak edə bilməyəcəyimi demişəm”.
Bu barədə AzVision.az-a açıqlamasında Müsavat başqanlığa keçmiş namizəd Qubad İbadoğlu partiya başqanı Arif Hacılının ittihamlarına cavab verərkən bildirib.

O vurğulayıb ki, Arif Hacılı ilə görüşün baş tutmaması üzrlü səbəbdən olub:

“Dəvətlərdən birində mən Finlandiyada olmuşam. Məni dəvət edəndə yazdı ki, bu gün saat 5-ə qədər qərargahda olacam, gəlsəniz görüşərdik. Mən də cavabımda bildirmişəm ki, Finlandiyadayam, ölkəyə sabah qayıdacam və görüşməyə hazıram. Ondan öncə isə bir dəfə də görüş dəvəti oldu, o zaman isə mən görüş üçün imkanım olmayıb. Təklif etmişəm ki, başqa vaxt görüşək və mənə verilən cavab ondan ibarət olub ki, sonra yazışarıq. Görüşdən heç vaxt imtina halı olmayıb”.

Q.İbadoğlu vurğulayıb ki, üçüncü dəfə görüş dəvətində isə o, yas mərasimində olub: “Mən Müsavat Partiyasının iki üzvünün Salyanda və Lənkəranda dəfn mərasimində olmuşam. Arif Hacılının da özünə bunu bildirmişəm ki, mən Bakıda deyiləm, rayonda yasdayam. Yazışmaların hamısı durur. Çünki dəvətlər Facebook vasitəsi və telefon yazışması ilə olub. Mən xarici səfərimi saxlayıb görüş üçün Azərbaycana gələsi deyildim ki? Noyabrın 8-dən Bakıdayam artıq bir həftə keçsə də heç bir görüş dəvəti olmayıb”.

Qubad İbadoğlunun özünün Arif Hacılı ilə görüş təşəbbüsünə gəlincə isə o bildirib ki, onun konkret bir şəxslə görüş çağırışı olmayıb: “Noyabrın 8-də çağırışım olub, bütövlükdə sabiq başqan namizədləri ilə görüşüb müzakirələr aparmağa və çıxış yolları tapmağa dəvət etmişəm. Amma görüşdə sadəcə Səxavət Əlisoy iştirak edib. Arif Hacılı həmin görüş vaxtı partiyanın qərargahında olduğu halda görüşə qatılmayıb”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti