Hərbçilərimiz Türkiyədə kurs keçəcək

Hərbçilərimiz Türkiyədə kurs keçəcək
  16 Noyabr 2014    Oxunub:1379
Noyabrın 17-dən 18-dək Heydər Əliyev adına Hərbi Liseyin nümayəndə heyəti Ankarada Türkiyə Quru Qoşunları Hərbi Məktəbinə tanışlıq səfəri edəcəklər.

Noyabrın 17-dən 21-dək Oberammerqau şəhərində (Almaniya) NATO qərargah zabitləri üçün tanışlıq kursu və Heydər Əliyev adına Hərbi Liseydən nümayəndə heyətinin İstanbulda Türkiyə Kuleli Liseyini ziyarəti planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.


Teqlər:



Xəbər lenti