465 nəfər imtahan verəcək

465 nəfər imtahan verəcək
  17 Noyabr 2014    Oxunub:1317
Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı (TQDK) 2014-cü il noyabrın 19-da Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Komitədən AzVision.az-a daxil olan məlumata görə, imtahan saat 10:00-da Azərbaycan Texniki Universitetinin idman sarayında, (Bakı şəhəri, A.Sultanova küçəsi 5 ünvanında) keçiriləcək.

Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən cari ilin sentyabrın 17-dən noyabrın 14-dək aparılıb. İmtahanda iştirak etmək üçün 465 namizəd qeydiyyatdan keçib.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 17 və 18 noyabr tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər.
İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti