`Suxari`nin içindən telefon çıxdı

`Suxari`nin içindən telefon çıxdı
  17 Noyabr 2014    Oxunub:2267
3 saylı İT-yə telefon keçirmək cəhdinin qarşısı alınıb
Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən AzVision.az-a verilən məlumata görə, məhkum Ramin Tahir oğlu Məmmədova dostu Murad Valis oğlu Nağıyevin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman “Eti Mek” qurudulmuş çörəyin içərisində xüsusi üsulla sellofana bükülərək gizlədilmiş iki ədəd qara rəngli “Nokia” markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum AR CM-nin 120.2.2, 120.2.4 və 66.3. maddələrinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:



Xəbər lenti