Aynar Məmmədov deputat olmaq istəyir

Aynar Məmmədov deputat olmaq istəyir
  17 Noyabr 2014    Oxunub:5997
Milli Məclisin deputatı Elton Məmmədov oğlu Aynar Məmmədovun millət vəkilliyinə namizəd olacağı haqda yayılan xəbərlərə aydınlıq gətirib.
Deputat AzVision.az-a açıqlamasında hər bir Azərbaycan vətəndaşının seçmək və seçilmək hüququnun olduğunu söyləyib:

“Aynardan soruşublar ki, deputatlığa namizəd olacaqsan? O, isə İnşallah deyərək cavab verib. Zaman gələr və onun dövlətinə, xalqına xidmət etmək istəyi olarsa, əlbəttə ki deputatlığa öz namizədliyini verə bilər. Bunun nəyi pisdir ki? Hansı bir əsgər general olmaq arzusunda deyil? Mən arzu edirəm ki, bütün Azərbaycan vətəndaşları vaxtında xalqına xidmət etsinlər və vətənin keşiyində dursunlar. Bu ən böyük şərəfdi”.

Qeyd edək ki, Milli Məclisdə işləyən Aynar Məmmədov depuat olmaq istəyi ilə bağlı sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti