Nazir 7 direktoru işdən çıxardı

Nazir 7 direktoru işdən çıxardı
  17 Noyabr 2014    Oxunub:2908
Ötən tədris ili ərzində Bаkı şəhərinin məktəblərində məktəbda­xili nəzarətin təşkilinə dair reydlər təşkil olunub.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 illik fəaliyyətinə dair hesabatda qeyd olunub.

Bildirilib ki, reydlərin məqsədi şagirdlə­rin dərsə davamiyyəti, məktəbli kitabçasından istifadə, sinif jurnallarının aparılması, müəllimlərin fəaliyyətinə nəzarətin təşkili kimi məsələlər olub. Reydin nəticələri ümumiləşdirilərək məktəb direktor­larının iştirakı ilə geniş müzakirə olunmuş və nöqsanların aradan qaldırılması məqsədilə əməli tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələr verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər aparılıb. Aparılan araşdırmalar nəticəsində aşkar olunmuş qanun pozuntuları faktları barədə təqdimatlar əsasında 7 məktəb direktoru və 3 direktor müavini tutduğu vəzifədən azad edilib, 32 məktəb direktoru və 16 direktor müavini intizam məsuliyyətinə cəlb olunub.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  



Xəbər lenti