Zakir Həsənov bəzi generalları işdən çıxaracaq

Zakir Həsənov bəzi generalları işdən çıxaracaq
  17 Noyabr 2014    Oxunub:4176
“Zakir Həsənov dedi ki, yerində olmayan general və zabitlər işdən çıxarılacaq”

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Daxili işlər naziri, general-polkovnik Ramil Usubovla görüşəcək.

Bu barədə AzVision.az-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun özü məlumat verib.

O, qeyd edib ki, Zakir Həsənov onunla sonuncu görüş zamanı orduya yararlı olmayan şəxsləri vəzifədə saxlamayacağını vurğulayıb:

“Zakir Həsənovla görüşümüz zamanı dedi ki, yerində olmayan general və orduya yararlı olmayan zabitlərin heç birini vəzifədə saxlamayacaq. Nazir kimliyindən aslı olmayaraq korrupsiya ilə məşğul olan şəxsləri də orduda saxlamayacağını dedi.

Zakir Həsənovla yenə də görüşəcəm. O, vəzifəyə gəldikdən sonra Müdafiə Nazirliyi ilə bağlı bizə daxil olan şikayətlərin sayı kəskin azalıb. Zabit və əsgər vurulması halları ilə bağlı şikayətlərin sayı da hədsiz dərəcədə azalıb. Daxili İşlər naziri Ramil Usubovla da yaxın günlərdə görüşüm olacaq”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti