Təhsil Nazirliyi köçürüləcək? -rəsmi AÇIQLAMA

Təhsil Nazirliyi köçürüləcək? -rəsmi AÇIQLAMA
  17 Noyabr 2014    Oxunub:2979
Təhsil Nazirliyi yerləşdiyi binanın köçürüləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Nazirliyin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov Az.Vision.az- açıqlamasında bildirib ki, Təhsil Nazirliyi fəaliyyətini hazırda həmin binada davam etdirir:

“Biz öz binamızda fəaliyyət göstəririk. Nazirliyin binasının köçürüləcəyi xəbəri doğru deyil. Biz burada ancaq işimizlə məşğuluq. Binanın köçürülüb-köçülməyəcəyinə mən qərar vermirəm”.

Qeyd edək ki, bir neçə gün öncə Təhsil Nazirliyinin binasının köçürüləcəyi ilə bağlı xəbərlər yayılıb.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti