Qubad İbadoğlu Arif Hacılını sərt tənqid etdi

Qubad İbadoğlu Arif Hacılını sərt tənqid etdi
  17 Noyabr 2014    Oxunub:1479
“Səxavət Əlisoyun Müsavatdan kənarlaşdırılması partiya rəhbərliyinin fikir azadlığına, ifadə azadlığına dözümsüzlüyünün göstəricisidir. Eyni zamanda siyasi plüralizmin olmamasının göstəricisidir”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu tərəfdarı Səxavət Əlisoyun Müsavatdan uzaqlaşdırılmasına münasibət bildirərkən deyib.

O vurğulayıb ki, bu adddım partiyada hazırkı rəhbərliyin başlatdığı represiyanın tərkib hissəsidir: “Bu, eyni zamanda həm partiya daxilində, həm də ictimaiyyət tərəfindən yaxşı qarşılanmır. Özümüz partiyadaxili müzakirə mühiti yaratmaqla prosesləri daha demokratik yolla həll edə bilərdik. Təəssüf ki, onlar cəzakəsmə yolu seçdilər, bu da münasibətlərin daha da gərginləşmsəinə gətirib çıxaracaq. Partiya üzvlərinin etirazlarını şərtləndirəcək. Bu da Müsavat üçün pis nümunədir”.

Arif Hacılı ilə bu barədə müzakirələr aparacağına gəlincə isə Q.İbadoğlu vurğulayıb ki, başqana öz mesajlarını çatdrıb:

“Mən qeyd etmişəm ki, bu yol düzgün yol deyil. Partiyanı demokratik qaydada idarə etmək lazdımır. Avtoritar qaydalarla idarəçilik həm başqan, həm də partiya üçün problemlər yaradacaq”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti