`ATƏT Ermənistana hərbi təlimləri qadağan etməlidir` - Millət vəkili

`ATƏT Ermənistana hərbi təlimləri qadağan etməlidir` - Millət vəkili
  17 Noyabr 2014    Oxunub:1268
ATƏT MQ-nin həmsədr ölkələri Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə təmas xəttində hərbi təlimlərin keçirilməsini qadağan etməlidir. Bunu moderator.az-a açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.

- Əgər bu gün Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlar gedirsə, o zaman işğal altında olan torpaqlarda Azərbaycan tərəfinə hərbi-psixoloji təzyiq metodu kimi hərbi təlimlərin keçrilməsinə və güc nümayişinə nə ehtiyac var? ATƏT və Minsk qrupu buna niyə göz yumur? Mən ATƏT rəhbərliyinə və Minsk qrupu həmsdər ölkələrinə çağırış edərək məsələyə mövqelərini bildirməyi tələb edirəm və bu çağırışıma cavab istəyirəm.- deyə o, bildirib.

Ermənilərin və separatçı rejimi hərbi helikopterin vurulmasını ATƏT tərəfinin yerində araşdırması məsələsinə toxunana millət vəkili deyib ki, Azərbaycan tərəfi Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus hərbi helikopterin vurulmasında düzgün addım atıb:

- Azərbaycanın hava məkanını pozan istənilən hərbi hava obyekti vurulmalıdır və Ağdam səmasında vurulan helikopterin də vurulması düzgün idi. Əcəb edib vurublar. Hələ ikincisi də mütləq vurulmalı idilər. Hərbi helikopter ora nə ərzaq gətirməmişdi, nə də mülki vətəndaş daşımırdı. Onda silahlı idi və təlim keçirdi. Erməni tərəfinin yaydığı videorolikdə də o hərbi helekopterlərin hədəfə raket atəşi açması aydın görünür və bu özü cinayət və beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaq deməkdir. Gərək gözləyəydik ki,onlar Azərbaycan əsgərini öldürəydilər? Ondan sonra biz cavab reaksiya verəydik. Amma görün nə baş verir? ATƏT MQ həmsədrləri hadisəyə həmən reaksiya verir və öz narahatçılığını bildirir. Hətta ATƏT sədrinin şəxsi nümayəndəsi tez-bazar Xankənidən qaçır və hadisə baş verən yerdə monitoruinq keçrimək istəyir. Bu, biabırçılıqdır. Ancaq Xankəndinə iki azərbaycanlı üzərində qurulan saxta məhkəmə oyunbazlığına heç bir reaksiya vermir və buna laqeyid yanaşırlar. Mən hesab edirəm ki, ATƏT MQ həmsədrləri hərbi helikopterin vurulmasındansa iki azərbaycanlı üzərində qurulan saxta məhkəmə prosesinə diqqət ayırsalar daha yaxşı olar.


Teqlər:





Xəbər lenti