Prezident həmkarını təbrik etdi

Prezident həmkarını təbrik etdi
  17 Noyabr 2014    Oxunub:1132
Prezident İlham ƏliyevLatviya Respublikasının Prezidenti Andris Berzinşə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

Hörmətli cənab Prezident,
Əziz Dostum,

Ölkənizin Milli günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Latviya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimizi birləşdirən ənənəvi dostluq əlaqələri siyasi, iqtisadi, humanitar və digər sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açmışdır.

İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

AzVision.az


Teqlər:



Xəbər lenti