Ramil Usubov Ağcabədiyə yeni rəis təyin etdi

Ramil Usubov Ağcabədiyə yeni rəis təyin etdi
  18 Noyabr 2014    Oxunub:2527
Ağcabədi Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.
AzVision.az aznews.az-a istinadən xəbər verir ki, daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə polis mayoru Dadaş İbrahimov təyin edilib.

Dadaş İbrahimov bundan əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı olub. Ondan öncə isə İmişli Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi vəzifəsində çalışıb.

Dadaş İbrahimovaçıqlamasında xəbəri təsdiqləyib. O, artıq işə başladığını bildirib.


Teqlər:



Xəbər lenti