Məhkumun bacısı fırıldağa əl atdı

Məhkumun bacısı fırıldağa əl atdı
  18 Noyabr 2014    Oxunub:1248
Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr söbəsindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.2.2 və 120.4 maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum edilən məhkum Cəsarət Rasim oğlu Mustafayevin yanına qısamüddətli görüşə gəlmiş bacısının üzərinə baxış keçirilib.

Tərtər rayon sakini Zümrüd Rasim qızı Mustafayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisindən 1 ədəd “Nokia” markalı və 1 ədəd “Samsung” markalı mobil telefon aparatları, 1 ədəd “Cin” və 1 ədəd “Azercell” danışıq kartları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti