Neftin büdcəmizə vuracağı ziyan - 2 milyard

Neftin büdcəmizə vuracağı ziyan - 2 milyard
  18 Noyabr 2014    Oxunub:4164
“Ola bilər ki, neftin qiymətinin 90 dollara düşməsi büdcədə bizə 2 milyard zərər vursun”.
AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə 2015-ci il büdcə layihəsinin müzakirə zamanı parlamentin İqtisadi-Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Komitə sədri bildirib ki, neftin qiyməti 70-80 dollara kimi düşə bilər və bu dünya siyasətidir:

“Buna bizim müdaxiləmiz qeyri-mümkündür. Siz yaxşı bilirsiz ki, hansı təlatümlər səbəbindən neftin qiyməti aşağı düşür. Amma Azəraycan dövlətinin uğurlu siyasəti nəticəsində heç bir sosal proqram neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yarımçıq qalmır. Onlar hamısı fəaliyyətini davam etdirir. Ulu öndər Heydər Əliyevin dahiliyi o idi ki, Dövlət Neft Fondunu yaratdı və vəsaitlər həmin fondda toplandı. Hazırda Azərbaycan Valyuta Fondu 55 milyardı ötür. İndi 2 və 3 milyard Azərbaycanın büdcəsinə heç bir təsir göstərmir. Əgər təsir edərsə, bizim kifayət qədər imkanımız var ki, bu təsiri aradan qaldıraq. Azərbaycan dövlətinin apardığı siyasətin nəticəsidir ki, büdcə xərcləri 20 milyardı ötüb. Vaxt var idi ki, Azərbaycanın dövlət büdcəsi ilə heç bir irimiqyaslı layihə həyata keçirmək mümükün deyildi”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti