Prezident 3 sərəncam imzaladı

Prezident 3 sərəncam imzaladı
  18 Noyabr 2014    Oxunub:2653
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Moskva hökumətləri arasında anlaşma və əməkdaşlıq haqqında memorandumun təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə 2014-cü il sentyabrın 25-də Bakıda imzalanmış memorandumun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Ərəb Dövlətləri Liqası ilə Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum təsdiq edilib. Nazirlər Kabinetinə 2014-cü il mayın 13-də Ər-Riyadda imzalanmış memorandum müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi həvalə olunub.

Prezident İlham Əliyevin imzaladığı daha bir sərəncamla Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Qırğız Respublikasının Dövlət Kadrlar Xidməti arasında dövlət qulluğunun təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında memorandum təsdiqlənib.

Sərəncama əsasən, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya 2014-cü il sentyabrın 11-də Bakıda imzalanmış memorandumun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə həmin memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası hökumətini xəbərdar etməlidir.


Teqlər:  





Xəbər lenti