“Şou-biznes əhli vergi verməlidir” – Millət vəkili

“Şou-biznes əhli vergi verməlidir” – Millət vəkili
  18 Noyabr 2014    Oxunub:2567
“Son illər kirayə verilən evlərlə bağlı məsələ çiçəklənmə dövrünü yaşayır”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Rafael Cəbrayılov deyib. Millət vəkili bildirib ki, bu sahə son illər inkişaf etsə də, kirayə ev verənlərin vergi verməsinin şahidi olmayıb.

Milli Məclis üzvü qeyd edib ki, vergidən yayınma halları restoran, şadlıq evləri sahibləri və şou biznes nümayəndələri arasında da var: “Onların gəlirləri ilə ödədikləri vergi arasında fərq çox böyükdür”.

R.Cəbrayılov bildirib ki, artıq Azərbaycanda da vergidən yayınmaya son qoymağın vaxtı çatıb.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti