`Sabah müharibə başlayanda kimi ora göndərmək olar?`

`Sabah müharibə başlayanda kimi ora göndərmək olar?`
  18 Noyabr 2014    Oxunub:2875
Millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında şəhid ailələrinə ödənilməli olan qan pulunun verilməsi ilə bağlı yaranmış problemi hökumət üzvlərinin diqqətinə çatdırıb.
AzVision.az xəbər verir ki, F.Mustafa çıxışı zamanı bildirib ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkə olduğundan bu gün vətən uğrunda şəhid və qazi olan insanın haqqı verilmirsə, sabah müharibə başlayanda kimi ora göndərmək olar?.

Deputat uşaqların sığortası ilə bağlı konkret təkliflər verərək qeyd edib ki, təhsil müəssisələrinin təmir-tikintisi işinə ciddi diqqət yetirilməlidir: "Repititor fəaliyyəti ilə məşğul olan müəllimlər istisna olmaqla müəllim yaxşı yaşamır, bu, faktdır. Buna görə də təhsil işçilərinin əmək haqqları artırılmalıdır".

İpoteka ilə bağlı danışan F.Mustafa Azərbaycanın kifayət qədər vəsaitinin olduğunu bildirib: “Necə ola bilər xaricdə daşınmaz əmlak alan ölkənin əhalisinin böyük hissəsi kirayədə yaşayır? İpotekanın məbləğinin 50 milyona qaldırılması da hələ problemin həlli demək deyil. Əhalinin aztəminatlı hissəsinin ən azı mənzil problemini həll etmək lazımdır”.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti