Ziyafət Əsgərovdan Zahid Oruca: “...ölməyə tələsməyin”

Ziyafət Əsgərovdan Zahid Oruca: “...ölməyə tələsməyin”
  18 Noyabr 2014    Oxunub:2428
Millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ləğv edilməsi ilə bağlı təkliflə çıxış edib.
AzVision.az xəbər verir ki, deputat qeyd edib ki, yeddi il ərzində 45 min insan dövlət qulluğuna imtahandan keçib:

“Amma onların cəmi 4 mini dövlət qulluqçusu adını qazanıb. Qalanları isə dövlət qulluğuna layiq görülməyib. Düşünürəm ki, bu, universitetlərin özünün işinə Komissiyanın münasibətidir. Necə ola bilər ki, Azərbaycan universitetləri dövlət qulluğuna yararlı adamları yetişdirə bilməsin? Hesab edirəm ki, dövlət qulluğu sisteminin özündə bir sıra problemlər var. Mən hökumətə təklif edirəm ki, həmin qurumu ləğv etsin”.

Eyni zamanda millət vəkili Silahlı Qüvvələrə Yardım Fondunun adının dəyişdirilməsi təklif edib. O qeyd edib ki, fondun adı dəyişdirilərək Qarabağa Yardım Fondu adlandırılsın. Fondda hazırda 53 milyon manatın toplandığını nəzərə çatdıran deputat deyib ki, bu, vətəndaşların ordunun formalaşmasında təsir mexanizmi əldə etməsi deməkdir.

Daha sonra Zahid Oruc çıxışı zamanı sığorta məsələsinə toxunub. O bildirib ki, deputatlar təxminən 64 min manat həcmində sığortalanırlar:

"Amma az qala ölməliyik ki, o sığorta pulunu ala bilək”.

Vitse spiker Ziyafət Əsgərov isə Zahid orucun çıxışına belə reaksiya verib: “Neyləyirsiniz edin, amma ölməyə tələsməyin..."

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti