Maşın aşdı, nazirlik 7 min ziyana düşdü

Maşın aşdı, nazirlik 7 min ziyana düşdü
  18 Noyabr 2014    Oxunub:1642
Dünən Bakı dairəvi yolunda baş verən qəza nəticəsində yol təsərrüfatına 7 min manatdan artıq ziyan dəyib.
AzVision.az xəbər verir ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə deyib ki, yol qəzası zamanı yol təsərrüfatına 7358 manat ziyan dəyib. Belə ki, 90 poqonmetr əyri xətli tir, 50 ədəd işıqqaytaran sıradan çıxıb.

Qeyd edək ki, dünən Bakı dairəvi yolunda betonqarışdıran maşın idarəetməni itirməsi nəticəsində aşaraq ayırıcı metal çəpərin xeyli hissəsinə zərər yetirib. Qəza nəticəsində yanacaq-sürtkü materialları və beton kütləsi də yola dağılıb


Teqlər:  



Xəbər lenti