Nazirlik yoxlamalara başladı - özəl klinikalar hədəfdə

Nazirlik yoxlamalara başladı - özəl klinikalar hədəfdə
  19 Noyabr 2014    Oxunub:4936
Səhiyyə Nazirliyi özəl klinikalarda yoxlamalara başlayıb.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib.

O, qeyd edib ki, bu yoxlamalar nazirlik tərəfindən mütəmadi olaraq aparılır:

“Yoxlamalar nazirliyin əsas vəzifələrindən biridir. Elə gün yoxdur ki, klinikalar yoxlanılmasın. Yoxlamalar zamanı kliniklarda qanunsuzluqlar akşar edilərsə tərəfimizdən müxtəlif tədbirlər görülür. Bura administrativ və lisenziyanın saxlanması tədbirləri daxildir. Rayonlarda da fəaliyyət göstərən xəstəxanalarda Səhiyyə Nazirliyi tərəfindən yoxlamalar aparılır”.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti