Ölkəmizdə terror təhlükəsi varmı? - Rəsmi AÇIQLAMA

Ölkəmizdə terror təhlükəsi varmı? - Rəsmi AÇIQLAMA
  03 Dekabr 2014    Oxunub:1931
PKK terror qruplaşması üzvlərinin Bakının Qaraçuxur qəsəbəsində məscidi yandırmasından sonra ölkədə insanlar arasından terror xofu yaranıb. İŞİD-dən sonra Azərbaycanda PKK təhlükəsinin olacağı iddia edilir.

Daxili İşlər Nazirliyi Azərbaycanda terror təhlükəsi ilə bağlı iddialara aydınlıq gətirib.

DİN-nin Mətbuat Xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov AzVision.az açıqlamasında bildirib ki, bu istiqamətdə müəyyən tədbirlər görülür:

“Əminliklə deyə bilərəm ki, ölkə daxilində kriminal vəziyyətə hüquq mühafizə orqanlarımız tərəfindən tam nəzarət olunur. İctimai təhlükəsizlik nəzaərətdədir. Bu istiqamətdə də tədbirlər görülür”.

Xatırladaq ki, Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki məsciddə yanğın törədən şəxslər tutulublar.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıb. Namiq Nəsibovun üzərindən «Makarov» tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən «Smit-Vesson» markalı revolver aşkar edilərək götürülüb. Məlum olub ki, saxlanılan şəxslər PKK terror qruplaşmasının üzvləridirlər.

Hafiz Əhmədov




Teqlər:  



Xəbər lenti