Oqtay Əsədov Çexiyaya gedir

Oqtay Əsədov Çexiyaya gedir
  03 Dekabr 2014    Oxunub:1138
Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 4-6-da Çex Respublikasında rəsmi səfərdə olacaq.

Bunu jurnalistlərə açıqlamasında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Nümayəndə heyəti səfər çərçivəsində ölkənin Deputatlar Palatasında və Senatda olacaq, Çexiya qanunverici orqanının fəaliyyəti ilə yaxından tanış olacaq.

Səfər zamanı spiker O.Əsədovun Meloş Zeyman, ölkənin deputatlar palatasının sədri Yan Hamaçek, Senatın sədri Milan Sştex və Azərbaycanla olan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşü olacaq.


Teqlər:



Xəbər lenti