Mikayıl Cabbarovdan direktorlarla bağlı ƏMR

Mikayıl Cabbarovdan direktorlarla bağlı ƏMR
  03 Dekabr 2014    Oxunub:3854
Təhsil naziri Mikayıl Cabbarov Nomenklaturada qismən dəyişiklik edilməsi barədə əmr imzalayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, əmrə əsasən respublika tabeli ümumtəhsil məktəbinin (internat, lisey, gimnaziya və s.) direktoru, direktor müavinləri (təsərrüfat işləri üzrə direktor müavini istisna olmaqla) respublika tabeli ümumtəhsil məktəbinin təsərrüfat işləri üzrə direktor müavini ilə əmək münasibətlərinin tənzimlənməsi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçiriləcək.

M.Cabbarov İnformasiya şöbəsinin müdiri Elnur Əliyeva tapşırıb ki, əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, rəsmi internet səhifəsində yerləşdirilməsini və yerli təhsili idarəetmə orqanlarına göndərilməsini təmin etsin.

Əmrin icrasına nəzarət Aparat rəhbərinə Mətin Eynullayeva həvalə olunub.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:



Xəbər lenti