Deputatın qardaşı oğluna cinayət işi açıldı
Dekabrın 2-də saat 15 radələrində 1975-ci il təvəllüdlü, Şabran şəhər sakini Kamran Süleymanov idarə etdiyi “Mercedes Benz-E320” markalı, 90-XG-046 dövlət nömrə nişanlı avtomobillə Şabran şəhəri, M.Rəsulzadə küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1952-ci il təvəllüdlü, Şabran şəhər sakini Fikrət Əfəndini vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, faktla bağlı Şabran rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Kamran Süleymanov millət vəkili Tahir Süleymanovun qardaşı oğludur.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


