`Yeni Müsavat`çılar Müsavatdan çıxa bilər

`Yeni Müsavat`çılar Müsavatdan çıxa bilər
  05 Dekabr 2014    Oxunub:3704
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat partiyasından çıxa biləcəyilə bağlı öz “facebook” səhifəsində xəbərdarlıq edib. O, yazıb ki, Müsavat partiyasının rəhbərliyi də ona qarşı haqsız addımlar atır.

- ANS mənə növbəti pisliyini, özünün növbəti namərdliyini yapdı. İki gün yalvar-yaxış, müsahibə aldılar.- deyə Arifoğlu bildirib.- Sonra da bir qəzetə qarşı bir partiya liderinin mənəvi terror kampaniyasını AXCP-Müsavat davası kimi qələmə verdilər. Müsahibə götürdükləri `Yeni Müsavat`ın baş redaktoru, çəkdikləri qəzet və jurnalistlər, lakin təqdimat partiya davası... Bunca absurd olarmı? Danışdığımın da 95 faizi kəsildi, əvəzində ƏIi Kərimlinin Müsavat üzrə müavini Fuad Qəhrəmanlıya söydürdülər bizi...

Arifoğlu daha sonra yazır ki, bəzi Müsavat üzvləri, hətta rəhbərliyə aid olanlar, Feysdə kürəyindən xəncər vururlar: `Həm də artıq neçənci dəfədir. Böyük Yurdçu Osman Kazımov Əli Kərimliyə difirambalar oxuyur. Bir başqası bizi `körpü` adlandırır... AXCP ilə müttəfiqmişlər, xəbərimiz yox! Tamam qardaşlar, inşallah, gələn həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada qalıb-qalmamaq məsələsini müzakirə edərik. Rahat olun. Müsavat rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik... ”

Qeyd edək ki, haqqında söhbət gedən süjet budur:




Teqlər:  



Xəbər lenti