`Prezidentin bizə ev verəcəyini bilirdik...` - Şahbazın xanımı

`Prezidentin bizə ev verəcəyini bilirdik...` - Şahbazın xanımı
  06 Dekabr 2014    Oxunub:2706
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin həyat yoldaşı Albina Quliyeva girovların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıqdan danışıb.
A. Quliyeva AzVision.az-a bildirib ki, prezident İlham Əliyevin onlara mənzil verəcəyindən məlumatlı olublar:

“Bu barədə bizə daha öncədən məlumat verilmişdi. Ev veriləcəyini qabaqcadan demişdilər. Hazırda mənzil şəraitimizin yaxşılaşdırılması istiqamətində işlər görülür. Biz bundan çox razıyıq”.

A.Quliyeva işsiz olması barədə yayılan xəbərlərə də münasibət bildirib:

“Hökumətin tapşırığı ilə artıq işlə təmin olunmuşam. Hökumət nümayəndələri tez-tez bizə baş çəkirlər. Bizim vəziyyətimizlə maraqlanırlar. Çox sağ olsunlar”.

Qeyd edək ki, baş nazirin müavini Əli Həsənov ermənilərin əsir götürdüyü girovlarımızla bağlı Azərbaycan prezidentinin tapşırığı haqqında ötən gün jurnalistlərə məlumat verib .

Əli Həsənov bildirib ki, ermənilər tərəfindən əsir götürülərək öldürülən Həsən Həsənov və daha 2 girovun ailələri ilə mütamadi əlaqə saxlanılır. Onlarin mənzil şəratininin yaxşılaşdırılması üçün xüsusi tədbirlər görülür.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti