Xədicə İsmayıl Kürdəxanıya aparıldı
Qeyd edək ki, o, “Azadlıq” radiosunun və “Meydan TV”-nin keçmiş əməkdaşı Tural Mustafayevin intihara cəhd etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilir.
Prokurorluq X. İsmayılovanın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə təqdimat verib.
Məhkəmə prokurorluğun təqdimatına baxıb və X. İsmayılovanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.
X. İsmayılova Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.







Vaxtında, Aydın, Lazımlı!


