“Arif Hacılı nə günə düşübsə...” – Baş redaktor

“Arif Hacılı nə günə düşübsə...” – Baş redaktor
  08 Dekabr 2014    Oxunub:1793
`Arif Hacılı nə günə düşübsə, ittihamlara cavab verə bilmir`
Müsavat Partiyasından çıxarılan “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas Arıf Hacılıya iradlarını bildirib.

AzVision.az xəbər verir ki, T.Abbas Arif Hacılını saxtakarlıqda ittiham edib:

“Dəyərli dostlar, Arif Hacılı ona ünvanladığım sualları hələ də cavablandıra bilmir. Özü susur və yenə də özünə tam oxşar, milliyyəti şübhəli olan müavini Fəttahov Elman Volodiya oğlunun arxasında gizlənir. Görün, törətdiyi saxtakarlıqlar üzündən Arif Hacılı nə günə düşübsə, ittihamlara cavab verə bilmir, üstəlik Vəfa Cümşüdlü və Elman Volodiya oğlu kimi kimlikləri məlum olmayanların dili ilə danışır. Saxtakarlıq çox pis əməldi, ona görə də pis əməl sahibi olanların dili söz tutmur və onun əvəzinə başqaları cavab verməli olurlar.

Əlimdə 1992 - ci ilin dekabr ayında Beyləqanda 32 nəfər pul yığılmış idarə müdirlərinin adlı siyahısı var. Həmin siyahı Arif Hacılının sifarişi ilə icra başçısı və onun iqtisadiyyat üzrə müavini tərəfindən tərtib olunub. Həmin siyahı üzrə yığılmış külli miqdarda pula "müharibəyə kömək" damğası vurularaq, O vaxtkı Dövlət müşaviri Arif Hacılıya verilib!!! Həmin siyahını yaxın günlərdə dostlarımın diqqətinə çatdıracam ki, yeni başqanın köhnə əməli ilə yaxından tanış olsunlar”.

AzVision.az


Teqlər:



Xəbər lenti