Mübariz Qurbanlı şiədir, yoxsa sünni?

Oxucularımız tərəfindən M.Qurbanlıya çoxsaylı suallar ünvanlanıb. Komitə sədrinə verilən ən maraqlı suallarından biri onun şiə, yoxsa sünni məzhəbinə məxsus olması ilə bağlıdır. M.Qurbanlı bu suala belə cavab verib:
- Açığı deyim ki, mən İslam dinində məzhəblərə bölgünün tərəfdarı deyiləm. Və hesab edirəm ki, bu cür bölgü bizim ümumi işimizə və İslamın özünə ziyan gətirən bir məsələdir. Amma tarixən belə olubdur ki, peyğəmbərdən (s.a.s) sonra İslamda bəzi bölgülər meydana gəlib. Bu bölgülər islamın yayıldığı ölkələrdə də özünü biruzə verib. Ona görə də belə götürsək mənim dinim İslam dinidir, müqəddəs kitabımız Qurani-Kərimdir. Peyğəmbərimiz Məhəmməddir (s.a.s). Və ona görə də mən bu bölgünün tərəfdarı deyiləm, özümü müsəlman hesab edirəm.
Qeyd edək ki, Mübariz Qurbanlının geniş müsahibəsini yaxın günlərdə AzVision.az-da oxuya bilərsiniz. Komitə sədri müsahibəsində bir sıra maraqlı məqamlara toxunub.
Şəhanə Rəhimli