ŞOK: Quba soyqırımı məzarlığı məhv olur
Bu barədə AzVision.az-a açıqlamasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba Soyqrımı Ekspedisiyasının keçmiş rəhbəri Qəhrəman Ağayev məlumat verib.
O, bildirib ki, hazırda məzarlıqda olan sümüklərin böyük hissəsi çürüyüb:
“Bizi insititut olaraq həmin işlərdən uzaqlaşdırıblar. Mən yenə də ora ilə əlaqə saxlayıram. Sümüklərin saxlanması ilə bağlı onlara bildiyim məlumatları çatdırıram. Oradakı sümüklərin dağılıb, məhv olması göz qabağındadır. Dəhşətli dərəcədə sümüklərdə dağıntı prossesi gedir. O, sümüklər Qubanın dəyişkən iqliminə uyğunlaşdırlmalı idi. Torpaqda nəmlik azdır, amma sümüklər çürüyür”.
Daha sonra Q. Ağayev qeyd edib ki, “Soyqırım memorial kompleksi” tikildikdən sonra onun yaxınlığında yerləşən məzarlıq hələ də şüşənin altına salınmayıb:
“Həmin məzarlıq şüşənin altına salındıqdan sonra oradakı hava çıxarılıb, azon qazı doldurulmalı idi. Nəticədə çürümə prossesinin qarşı alınacaqdı. Çox təəssüflər olsun ki, bu gün də həmin işlər görülməyib”.
Qeyd edək Quba rayonunda “Soyqırım memorial kompleksi”ndə tikilib.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


