`Niyə girovlar haqda susur, Xədicədən danışırlar?` - QHT rəhbəri

`Niyə girovlar haqda susur, Xədicədən danışırlar?` - QHT rəhbəri
  09 Dekabr 2014    Oxunub:2827
“Təəssüf ki, Azərbaycanda maraqları olan, rəsmi Bakıya ən müxtəlif vasitələrlə təzyiq, təsir etməyə çalışan Qərb və Avropanın müəyyən dairələri konkret cinayət əməlinə görə təqsirləndirilmiş şəxs qismində istintaqa cəlb edilən, barələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həbs-qəti imkan tədbiri seçilən bəzi şəxsləri anındaca “siyasi məhbus” statu ilə təmin edirlər”.

Bu barədə “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib. Onun sözlərinə görə, artıq xeyli müddətdir ki, Qəpb və Avropanın müəyyən siyasi dairələri ölkədə şəxsi zəmində baş verən hadisələrə də siyasi don geydirməkdən çəkinmirlər: “Necə olur ki, illərdir 1 milyon insanın hüququ tapdanır, öz dədə-baba torpaqlarını ziyarət edən və nəticədə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqları yada düşmür. Ancaq, Xədicə İsmayılın müvəqqəti həbsinin üzərindən 24 saat keçməmiş Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur bəyanatla çıxış edir?”

QHT rəhbərinin sözlərinə görə, bu gün Leyla Yunus, Xədicə İsmayıl və digərlərini “siyasi məhbus” adlandıran ABŞ Dövlət Departamenti başqa zəruri məsələlərdə, insan hüquqlarını unutmağa üstünlük verir, demokratiyanı da arxa plana keçirir. Ancaq Azərbaycana təzyiq vasitəsi kimi lazım olanda insan hüquqları əsas alətə çevrilir: “ABŞ öncə öz daxilində baş verənlərə nəzər salmalıdır. Həbsdə olan insanlarının sayına görə, ABŞ dünyada liderdir. Pakistandan olan üç uşaq anası Aafia Siddiqin həyatı ilə bağlı BMT və Pakistan hökumətinin müraciətlərinə heç bir reaksiya vermədən bu günə kimi susur. Belə təzadlı münasibət fonunda ABŞ və Avropanın siyasi dairələrinin bu mövqeyi haqlı olaraq sual yaradır.

Necə olur ki, məişət zəminində olan bir hadisəyə siyasi don geyindirərək, bəyanat bəyanat ardınca gəlir? Ancaq, dünyaya “demokratiya dərsi” keçən ölkədə ölüm hökmü qüvvədə qalır, həbslər, iqri ayseçkilik tüğyan edir, Quantanamo həbsxanasında baş verənlər cavabsız qalır. Halbuki, Dövlət Departamenti Xədicə İsmayılın məişət zəminində baş vermiş hadisəyə görə həbsinə reaksiya verməkdənsə, ABŞ-da insan hüquqlarının müdafiəsinə vaxt sərf etməsi daha demokratik və insan haqlarının qorunması baxımından səmərli addım olardı”.



Teqlər:



Xəbər lenti