AFFA klubları yeni cərimələdi

AFFA klubları yeni cərimələdi
  09 Dekabr 2014    Oxunub:1556
AFFA-nın İntizam Komitəsi yeni qərarlar qəbul edib.
AzVision.az qəbul edilən qərarları diqqətinizə çatdırır:

7 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XV turunun "Xəzər Lənkəran"-"Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 58 və 82-ci dəqiqələrində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunur (maddə 52.1).

7 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XV turunun "Qarabağ"-"Neftçi" matçında "Neftçi" klubunun azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52.2).

6 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun "Xəzər Lənkəran"-"Qəbələ" matçının 41-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 70 "-li futbolçusu Elşən Rzazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

6 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun "Sumqayıt"-"Simurq" matçında "Simurq" klubunun 4, "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40).


Teqlər:



Xəbər lenti