XİN-dən Xədicə İsmayılla bağlı Yaqlanda CAVAB

XİN-dən Xədicə İsmayılla bağlı Yaqlanda CAVAB
  09 Dekabr 2014    Oxunub:2124
Fundamental hüquq və azadlıqların təmin olunduğu Azərbaycanda heç kim peşəkar jurnalist fəaliyyətinə və siyasi baxışlarına görə həbs edilmir.

AzVIsion.az xəbər verir ki, bu barədə Trend-ə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın açıqlamasını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

O, qeyd edib ki, hüquqi prosedurlara və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə tam şəkildə uyğun olaraq, Xədicə İsmayılova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

H.Hacıyev bildirib ki, hazırda istintaq davam edir: "Ona görə də istintaq yekunlaşmadan və məhkəmənin qərarı olmadan belə fikirlərin söylənilməsi düzgün deyil".

Qeyd edək ki, T.Yaqland Azərbaycan hökumətini "Azadlıq" radiosunun əməkdaşı X.İsmayılovanı azad etməyə çağırıb.


Teqlər:  





Xəbər lenti