Elmar Məmmədyarov yeni səfiri qəbul edib

Elmar Məmmədyarov yeni səfiri qəbul edib
  09 Dekabr 2014    Oxunub:1326
Xarici işlər naziri Nazir Elmar Məmmədyarov Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfiri Aksel Vexi qəbul edib.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, A. Vex etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.

Səfir ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu söyləyərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti