Müdafiə Nazirliyi hərbi attaşelərin suallarına cavab verdi - FOTOLAR

Müdafiə Nazirliyi hərbi attaşelərin suallarına cavab verdi - FOTOLAR
  10 Dekabr 2014    Oxunub:1579
Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a veriən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov toplantını açaraq "Müdafiə islahatları" mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi ilə bağlı fikir və mülahizələrini bildirib.

Görüşdə "Uzadılmış münaqişə və regional təhlükəsizlik" mövzusunda məruzə ilə çıxış edən polkovnik-leytenant Murad Zeynalov regionda təhlükəsiz mühitin formalaşdırılmasını təhdid edən amilləri və münaqişənin həlli yollarını qonaqların diqqətinə çatdırıb.

Toplantının sonunda hərbi attaşeləri maraqlandıran suallara aydınlıq gətirilib.


Teqlər:





Xəbər lenti