“Bu bir qurumun görə biləcəyi iş deyil”

“Bu bir qurumun görə biləcəyi iş deyil”
  10 Dekabr 2014    Oxunub:1532
“Erkən nikahlar, reproduktiv sağlamlıq, narkomaniya, QİÇS və digər problemlərin həllində bütün qurumlar birgə çalışmalıdır. Bu bir nəfərin və ya bir qurumun qaldıracağı yük deyil”.
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Aynur Sofiyeva deyib. Onun sözlərinə görə, bu yükün altına hamı əlini qoymalıdır:

“Cəmiyyətin inkişafından irəli gələn məsələlərdən biri də gənclərin sağlamlığı ilə bağlı məsələlərdir. Müəyyən maddələrin yayılma risqi və bütün bunların cəmiyyətə vurduğu ziyanı görürük. Buna görə də gənclərin sağlamlığı üçün belə məsələlərlə mübarizə aparmalıyıq. Sağlam nəslin formalaşması bizim gələcəyimizin uğuru deməkdir. Dövlətin siyası prioretində sağlam gəncliyin formalaşdırılması vacib yer tutur. Cəmiyyətdə insanların sağlamlığıına münasibət erkən yaşdan formalaşmalıdır. Bu istiqamətdə tərbiyə sisteminin qurulmasında dövlət olduqca maraqlıdır. Əgər bu tam sistemli şəkildə həyata keçirilsə, sağlam gənclik formalaşmış olar. Bu sahədə uğurlarımız göz önündə olsa da məsələni daima diqqət mərkəzində saxlamaq lazımdır”.

Anar Kəlbiyev
AzVision.az





Teqlər:  





Xəbər lenti