Bakının yeni planı Nazirlər Kabinetinə göndərilib

Bakının yeni planı Nazirlər Kabinetinə göndərilib
  10 Dekabr 2014    Oxunub:1944
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov “Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin komponentləri üzrə işlərin davam etdirilməsinin müzakirəsi məqsədilə görüş keçirib.
Komitədən AzVision.az-a verilən məlumata görə, komitə sədri Dünya Bankının İnfrastruktur üzrə baş mütəxəssisi Hacı Hüseynov, Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə aparıcı mütəxəssisi Manuel Mariono və Dünya Bankının Qafqaz üzrə regional ofisinin şəhərsalma üzrə mütəxəssisi Ahmed Ayveydanı qəbul edib.

Qonaqları salamlayan A.Ələsgərov əvvəlcə “Böyük Bakının Regional İnkişaf Planı” layihəsi üzrə görülən işlərdən danışıb və bildirib ki, artıq layihə üzrə işlər tamamlanaraq təsdiq olunması üçün Nazirlər Kabinetinə göndərilib.

Daha sonra Komitənin Dünya Bankı ilə ərazi planlaşdırma sənədlərinin hazırlanması üzrə Komitənin Bakı Dövlət Layihə İnstitunun və yerli mütəxəssislərin potensialının gücləndirilməsi, həmçinin müəyyən ərazilərin müfəssəl planlarının hazırlanması sahəsində əməkdaşlığın davam etdirilməsi müzakirə edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti