Məmmədyarov Çavuşoğlu ilə görüşdü - FOTO

Məmmədyarov Çavuşoğlu ilə görüşdü - FOTO
  10 Dekabr 2014    Oxunub:1345
Xarici işlər naziri Elmar Məmmədyarov Qars şəhərində türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşüb.
Bu barədə AzVision.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlığa və dostluğa əsaslanan strateji münasibətlərin inkişafının səviyyəsindən məmnunluq ifadə olunub.

Üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanıb.

Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini geyd ediblər.

Görüşdə, həmçinin regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Elmar Məmmədyarov Qars şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət edib, umummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib və abidəsi önünə əklil qoyub

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti