Biletlər bahalaşmayacaq - Sərnişinlərə şad xəbər

Biletlər bahalaşmayacaq - Sərnişinlərə şad xəbər
  10 Dekabr 2014    Oxunub:2336
Rusiyaya məxsus sərnişin qatarlarının Azərbaycana hərəkətinin müvəqqəti olaraq dayandırmasından sonra sərnişinlər gediş haqqlarının bahalaşacağından narahatdırlar. Bu məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Dəmir Yollar QSC- ilə əlaqə saxladıq.
QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov AzVision.az-a açıqlamasında bildirib ki, qatarlardakı gediş haqqları ilə bağlı heç bir dəyişiklik gözlənilmir:

“Rusiya Dəmir Yollarına məxsus qatarlar işləməyəcək. Bizim qatarlar isə işləyəcək. Ölkə daxilində hərəkət edən qatarlardakı gediş haqqlarını Tarif Şurası təsdiq edir. Şimal istiqamətində hərəkət edən qatarların tariflərini isə Rusiya Dəmir Yolları dəyişən tarif qismində həyata keçirir. Ola bilər ki, həmin tariflər bir gün baha olar, bir gün isə ucuz. Qiymətlərdə hər-hansı bir dəyişiklik edilməsi ilə bağlı Tarif Şurasına müraciət edilməyib”.

Qeyd edək ki, «Rusiya Dəmir Yolları» ASC-nin məlumatına əsasən, 16.12.14-cü ildən etibarən Rusiya dəmir yollarına məxsus 392/391 №-li Rostov-Bakı, 18.12.2014-cü ildən etibarən 374/373 №-li Tümen-Bakı, 20.12.2014-cü ildən etibarən isə 96/95 №-li Moskva-Bakı sərnişin qatarlarının hərəkəti iqtisadi cəhətdən səmərəli olmadığına görə dayandırılır.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, Tümen-Bakı sərnişin qatarının əvəzinə 14.12.2014-cü ildən etibarən, 373-/374 №-li Tümen-Mahaçqala qatarı təyin olunacaqdır. Həmin qatara və Rusiya və MDB Dəmir Yolları ərazisində hərəkət edən digər sərnişin qatarlarına bilet satışı Bakı-sərnişin stansiyasının 2 №-li kassasından həyata keçiriləcək.

Sərnişinlərin nəzərinə o da çatdırılıb ki, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinə məxsus 55-56 saylı Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri, Bakı-Xarkov sərnişin qatarı isə dörd gündən bir – cədvəl üzrə - hərəkətdə olacaq.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti