Ermənistan mediası belə boğulur - FAKTLAR (II yazı)
Fakt 14. Polis jurnalistin kamerasını qaytarmadı
(Dekabr 3, 2013)
“Rusiya prezidenti V.Putinin İrəvana səfəri zamanı etiraz aksiyası keçirənlərlə polis birləşmələri arasında toqquşma baş verib. Aksiyada “Qrapark” qəzetinin müxbiri Vardan Misanysan da həbs edilib: “Bir neçə nəfər mülki geyimli şəxs mənə yaxınlaşaraq zorla maşına sürüdülər. Mən redaksiyaya zəng etmək istədim. Bu zaman bir nəfər gənc təpiklə məni vurdu, telefon əlimdən düşdü. Polis bölməsində mənim jurnalist olduğuma görə nisbətən normal davrandılar. Buna baxmayaraq kameramı qaytarmadılar”-deyə jurnalist məlumat verib.
Fakt 15. Jurnalistlərdən biri İrəvan Şəhər Polis idarəsinin rəisi Aşot Karapetyandan polisin niyə belə vəhşilik törətdiyini soruşanda, o jurnalistə “yaxşısı budur, buradan rədd ol” deyə cavab verib.
Fakt 16. Jurnalistin döyülməsinə görə cinayət işi qaldırılsa da, nəticəsiz qalıb. (Aprel 27, 2013)
23 apreldə İrəvan Ağsaqqallar Şurasına seçkilər zamanı jurnalistə qarşı edilən zorakılığı və onun peşəkar fəaliyyətinə qarşı yönəlmiş fəaliyyətə görə cinayət işi açılsa da proses nəticəsiz qalmışdır.
Fakt 17. Jurnalistlər yenə döyüldülər (Aprel 9,2013)
Prezident İqamətgahı qarşısında müxalif fəallarla polis arasında toqquşma olub. Polis işirakçılara qarşı zorakılıq edib. Döyülən, yaralanan, yerdə sürüdülən, qolu arxadan burularaq aparılanlar olub. Bu insidentdə jurnalistlərə də qarşı zor tətbiq edilib. Jurnalist özünü təqdim etsə də heç bir xeyiri olmayıb. Polisin cavabı kobud olub: “mənə dəxli yoxdur, deyiblərsə get, demək getməlisən”.
Fakt 18. “Aykakan Jamanak” qəzetinin müxbiri həbs olunub. (fevral 3, 2012)
“Aykakan Jamanak” qəzetinin əməkdaşı, qəzetin məsul katibi Ayk Gevorkyan həbs edilib. Ona qarşı “yol hərəkəti qaydlarını pozmaq” və buna görə “axtarışda olub- gəlməmə” maddələri ilə cinayət işi başlanıb. Jurnalistin həbsi ilə bağlı hüquq müdafiəçiləri, deputatlar fikir bildiriblər. “Bu həbs onu göstərir ki, hüquq mühafizə orqanları ədalətdən çox uzaqdılar”-deyə deputat Armen Martirosyan etirazını bildirib.
Ayk Gevorkyanın həbsinin QHT-lər də pisləyiblər. QHT bəyanatlarında deyilir ki, Gevorkyanın həbsi quramadır. Əslində Gevorkyan tənqidi yazıları, korrupsiya əlehinə araşdırmaları, hakimiyətin biznes cinayətləri ilə bağlı ən çox yazandır.
Erməni Milli Konqresi isə Sarqsayanı Ermənistanda söz azadlığına basqı və mətbuatın boğulmasına görə pisləyib.
Fakt 19. Koçaryan qəzeti məhkəməyə verib. (İyun 30, 2011)
Robert Koçaryan “Qraparak” qəzetinə qarşı şərəf və ləyaqətin təhqir olunması, işgüzar imicə zərbə vurmaq maddələri ilə məhkəməyə müraciət edib.
Fakt 20. Jurnalistin maşınını yandırıblar. (yanvar 17, 2011)
16 yanvarda “Lori” teleşirkətinin rəhbəri Narina Avtisayana məxsus maşın yandırılıb. Məlumatı Helsinki Vəətəndaş Assambleyasının Vanadzor ofisi yayıb.
Bu son 5 ildə Avetisyana vurulan 3 –cü ziyandır. O tənqidi yazıları ilə seçilir.
Vanadzor Ofisi hadisəyə görə heç bir hərəkət etməyən hüquq mühafizə orqanlarını fəaliyyətsizliyini pisləyib. Onlar cəzasılıq atmosferinin yaradılmasından narahatdırlar.
Fakt 20. Vahe Avetian. (dekabr 12, 2013)
Tanınmış yazar, blogger, siyasi mühacir, dissident Avetian. İsveçin paytaxtı Stokolmdan İrəvana gələn Avetiyanı “Zvartnots” aeroportunda həbs ediblər. 1992-ci ildən İsveçdə yaşayan erməni dissidentə qarşı qanunsuz silah saxlama maddəsi ilə cinayət işi qaldırılıb və o, uzun müddət axtarışda olub. 3 gün həbsxanada saxlanılan erməni dissidenti İsveç XİN müdaxiləsindən sonra sərbəst buraxıblar. Qeyd edək ki, Avetiyan Ermənsitan Respublikaçılar partiyasını yaradanlardan biri olub. O, baş verənlərlə bağlı facebook profilində belə yazıb:
- Yadımda deyil, sonuncu dəfə bir yerə toplaşmış bu qədər yaxşı ermənini harada görmüşəm. Kamerada 7 nəfər idik. Mən hüquqşünas deyiləm, vəkil də deyiləm, amma bu 7 nəfərdən 5-ni dünyanın istənilən məhkəməsində günahsız olduğunu sübut edərəm. Qalan iki nəfəri isə sivil dünyada mühakimə etmirlər. İnsanlar qeyri-insani şəraitdə yaşayır və işləyirlər. Hətta yəhudi rejissorlar da faşizm Almaniyasının “ölüm düşərgələri” haqda film çəkəndə bu dekorasiyanı yarada bilməzdilər.
Fakt 21. “Azadlıq” Radiosu bu ölkədə yayımlanan yeganə xarici media qurum idi. Onu da parlamentdə qəbul edilən qərarla bağladılar.
29 iyun 2007-ci ildə parlamentdə müzakirə zamanı 16 nəfər əlehinə, 79 nəfər lehinə səslə Ermənistan İctimai radio və TV tezliyində xarici kanalın yayımlanmasını yasaqlayan qərar qəbul olundu. Ekspertlər hesab edirlər ki, bu qanun dəyişikliyi sırf “Azadlıq” radiosunun yayımlanmasının qarşısını almaq üçün atılan addım idi. Bu, Ermənistanda müxalif fikirli ikinci böyük media qurumunun fəaliyyətini dayandırmaq üçün atılan addıma hüquqi don geyindirməkdən başqa heç nə deyildi. Belə ki, 2003-cü il seçkisindən öncə müxalifətin yeganə ruporu olan “A1+” kanalı bağlanmışdı.
Fakt 22. Jurnalistə qarşı cinayət işi
«Armenia Today» saytının analitiki Artişti Kiviryana qarşı qaldırılan məkhəmə prosesi 12 fevral 2014-cü ildə başlayıb.
№14142513 saylı cinayət işinə görə jurnalistə qarşı (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edilməsi, hədə-qorxu gəlinməsi maddəsi ilə) cinayət işi açılıb.
Xatırladaq ki, Kiviryan Komitas prospekti 5 ünvanında yaşayan qonşularına dəstək olaraq, qanunsuz tikintiyə qarşı etiraz edənlərdən olub. Hadisə yerinə gələn polis işçiləri onu oradan zor-gücünə apararaq maşında və şöbədə döyüblər. Bu haqda yetərincə dəlil olmasına baxmayaraq cinayət işi şikayətçinin ərizəsi ilə deyil, polis əməkdaşının şikayəti ilə başlanılıb. Guya Kiviryan polisi döyüb və başını maşının qapısına çırparaq özünü zədələyib.
7 noyabr 2013-cü ildə Xüsusi İstintaq Xidmətində (XİX) Kivirayana qarşı CM 333 maddəsi ilə əlavə ittiham irəli sürülüb (cinayət haqda yalan məlumat vermə) , lakin 13 yanvar 2014-cü ildə bu ittiham geri götürlüb. Kiviryaan amnistiya təklif olunsa da o bundan imtina edib.
Hüquq müdafiəçiləri bildiriblər ki, Kiviryan açıq-aşkar siyasi baxışlarına və jurnalist fəaliyyətinə görə təqibə məruz qalır. O vaxta qədər isə Kiviryan eyni zamanda 3 ayrı-ayrı inzibati işə cəlb olunub. Bu müddət ərzində jurnalistə qarşı dəfələrlə zor tətbiq edilsə də heç birində cinayət işi açılmyıb.
«Human Rights Watch» XİX rəisi Vaqram Şirinyana müraciət edərək Kiviryana hücum edənlərin məsuliyyətə cəlb edilməsini istəyib.
Bundan sonra tərəfdarları etiraz aksiyası keçiriblər. Aksiyada “Aqişti tək deyil!”, “Biz yeni siyasi məhbusun doğulmasına imkan verməyəcəyik” şüarları səsləndirilib.
Fakt 23. Ermənistan hüquq mühafizəçilərindən ağlasığmaz etiraf: Jurnalistə hücum edən məmuru hansı maddə ilə məsuliyyətə cəlb edə bilmədikləri üçün sərbəst buraxıblar
Xüsusi İstintaq Xidməti (XİX) “A1+” kanalının müxbiri Marina Xaçatryana hücumla bağlı qaldırlmış cinayət işini bağlayıb. Ermənistan parlamentinin Mühafizə və Təhlüksizlik xidmətinin tabor komandiri Karen Ayrapetyanın hərəkətində heç bir cinayət motivi tapılmadığı üçün bu addım atılıb.
Müstəntiq Avetisyan mətbuata açıqlamasında bildirib ki, jurnalistin peşəkar fəaliyyətinə mane olmaq, maddi zərər vurmaq, döymə, başqa birinin əmlakına zərər vurmaq və digər bu sayaq ittihamaların təsdiqlənməsi üçün əlimizdə heç bir tutarlı fakt tapılmadıdığından cinayət işinə xitam verilib.
Xatırladaq ki, 9 sentyabrda “Əks-zərbə” art-qrupunun aksiyası zamanı çəkiliş aparan Xaçatryanı Parlamentin Mühafizə xidmətinin tabor komandiri Ayrapetyan zərbə ilə vurmuş və jurnalistin əlindəki planşeti yerə salmışdır. Həmin hadisəni görən və lentə alan Epress.am müxbirini XİX-ə çağırılıb, sorğu-sual edildikdən sonra buraxılmışldır
Maraqlıdır ki, jurnalistə hücum edən şəxs 2013-cü ilin dekabrında etiraz edən jurnalistlərin tədbirini dağıtmış, plakatları cırmışdı. https://azvision.az/redirect.php?url=http://www.a1plus.am/1352040.html
Fakt 24. Armenia TV-nin aparıcısını siyasi məhbus sözünə görə işdən qovdular (2013)
Tanınmış erməni aktyor, aparıcı Ovanes Azoyan canlı efirdə “siyasi məhbus Nikol Paşinyan” sözlərini işlədib. Verilişi şoumen Avet Barseqyan, müğənni Smik Karapetyan aparırmışlar. Verilişin ilk hissəsində Azoyan efirdə elan edib ki, “nəhayət siyasi məhuslar azad olundu, o cümlədən jurnalist Nikol Paşinyan da”. Verilişin ikinci hissəsində efirə TV-nin rəhbərliyi qatılıb. (əvəlcədən nəzərdə tutulmayıbmış) O,Ovanes Azoyanın ciddi siyasi səhvini ütüləməyə çalışıb. Bu zaman aparıcı həmkarını müdafiə edib. Bu da ona baha başa gəlib. O, “işə gecikdiyi” üçün növbəti gün işdən qovulub.
Fakt 25. Ermənistanda jurnalist potensial siyasi məhbusdur
İrəvandakı Sarayanın heykəli qarşısında “Haykakan Jamanak” qəzetinin təşkilatçılığı ilə siyasi məhbus, qəzetin təsisçisi Nikol Paşinyanın müdafiəsi məqsədilə aksiya keçirilib.
“Ola bilsin ki, Paşinyanın siyasi baxışlarını kimlərsə bölüşməyə bilər. Amma həbsdə olan həmkarı hamı müdafiə etməlidir. Bir halda ki, onun həyatına sui-qəsd olub”- bu sözləri mətbuat konfransında hüquq müdafiəçisi Vardan Arutunyan deyib.
“Bir anlıq təsəvvür edin. Paşinyan həbsxanadadır. O, hətta yatanda belə hücuma məruz qala, qətlə yetirilə bilər. Nikolu müdafiə etməklə biz özümüzü müdafiə edirik”.
Fakt 25. Ermənistan polisində jurnalistə zorakılıqlar (Armenia Today / 14.02.2014)
12 fevral 2014-cü ildə 19-00-da İrəvanın Maştoç prospektində polislər “Çorrord işxanutyun” qəzetinin müxbiri Ani Gevorkyan və «iLur.am» xəbər saytının operatoru Sarkis Gevorkyanın iş fəaliyyətlərinə mane olmuş, onlara qarşı zor tətbiq etməklə polis bölməsinə gətirmişlər.
Jurnalist və operator prospektdə Erməni Milli Konqresinın fəallarının “1 mart mitinqi” haqda kağız vərəqələr paylamalarını lentə alırmışlar. Az sonra həmin əraziyə gələn öyrədilmiş gənclərlə (Ermənistan Respublikaçılar Partiyasının gənclər qanadı və Aqrar Universitetinin tələbələri) siyasi fəallar arasında toqquşma zamanı ora gələn polis işçiləri nədənsə jurnalistlərdən fotokameranı almağa çalışıblar. Jurnalistlər isə kameralarını vermək istəməyiblər. Bu səbəbdən zorla polis bölməsinə gətiriliblər.
Ani Gevorkyan bildirib ki, polis bölməsinə gətirilərkən yolboyu polislər davamlı olaraq onu əlinə vururmuşlar. Polis bölməsində isə bölmənin rəisi Artak Poqosyan jurnalistin müsahibə verdiyini görüb, üzünə zərbə vurmuş, telefonu əlindən almışdır. Digər otaqda isə operator Sarkis Gevorkyan sözün əsl mənasında “çarmıxa “çəkilirdi. Operator burada söyüşlərə məruz qalmış, döyülmüşdür. Həbs olunanların vəkillə təmin olunmaq tələblərinə əhəmiyyət verməyən polis işçiləri zorla kameranı almış və bir müddət sonra qaytarmışlar. Təbii ki, kameranın yddaşında siyasi fəallara qarşı zombi dəstələrinin necə hücum etmələrini, döyülmə, təhqir edilmə anları əks olunan foto kadrlar silinmişdir.
Bu məsələ ilə bağlı Azad Sözün Müdafiə Komitəsi, İrəvan Press Klubu, Hərətəfli İnformasiya İnstitutu, Jurnaslitlər Gələcək naminə, Helsinki Komitəsinin Ermənistan bürosu sərt bəyanatla çıxış etmişlər.
Bəyanatda qeyd olunur ki, “ Biz, bu bəyanatı imzalayanlar son illərdə Ermənistanda jurnalsitlərin hüquqlarının davamlı olaraq pozulduğunu, polis və güc strukturları tərəfindən peşəkar fəaliyyət göstərmələri üçün ciddi maneələr yaradıldığını nəzərə alaraq bəyan edirik...
Sənan Nəcəfov
AzVision.az üçün