Dünya əhalisinin 88 faizi çirklənmiş hava ilə nəfəs alır

Dünya əhalisinin 88 faizi çirklənmiş hava ilə nəfəs alır
  25 İyun 2015    Oxunub:2041
Qlobal istiləşmə Yer üzündə həyatı tamamilə məhv edə bilər. “The Lancet” elmi jurnalı iqlim dəyişikliyi əleyhinə birdəfəlik tədbirlər görməyə çağırıb. Britaniya nəşri bu məsələdə insanların sağlamlıq vəziyyətini əsas gətirib.

AZƏRTAC Rusiya KİV-lərinə istinadən xəbər verir ki, jurnal Çin və Avropanın epidemiologiya, biomüxtəliflik, siyasət və energetika üzrə mütəxəssislərindən ibarət komissiyanın məruzəsini dərc edib. Nəticələr gözlənildiyindən də ağır olub; qlobal istiləşmə sanitariya və gigiyena baxımından fövqəladə vəziyyət yaradır və son 50 ildə səhiyyə sahəsində bütün nailiyyətləri alt-üst edir.

"Vaxtı itirmək olmaz", - məruzədə bildirilir. İqlim dəyişiklikləri, nəinki insanların sağlamlığına birbaşa təsir göstərir, həm də onun nəticələri uzun müddət ətraf aləmə zərər vurur. Bu, təkcə daşqınlar, quraqlıq və ya güclü fırtınalar, anomal istilər deyil. İqlim dəyişikliklərinin nəticələri ərzaq qıtlığına, yoluxucu xəstəliklərə və miqrant axınına gətirib çıxarır.

"İqlim dəyişiklikləri tərəqqinin qarşısını alacaq, o cümlədən tibbi və digər xidmətlərin göstərilməsi imkanlarını azaldacaq. Müəlliflər 2010-ci ilin yayında Rusiyada baş verən anomal istiləri buna misal göstərirlər.

Məruzədə Dünya Səhiyyə Təşkilatının direktoru Marqaret Çanın bu məsələ ilə bağlı şərhi də yer alıb. O xatırladır ki, 2030-cu ilədək iqlim dəyişikliyi ucbatından ildə ən azı 250 min adam ölə bilər, bu gün isə dünya əhalisinin 88 faizi çirklənmiş hava ilə nəfəs alır.


Teqlər:





Xəbər lenti