SOCAR Rumıniyadakı YDM-lərin sayını 33-ə çatdırdı

SOCAR Rumıniyadakı YDM-lərin sayını 33-ə çatdırdı
  16 Mart 2016    Oxunub:1840
Martın 16-da Buxarestdə “SOCAR” brendi ilə növbəti yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
SOCAR-dan AzVision.az-a verilən xəbərə görə, bununla da Rumıniyada “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin ümumi sayı 33-ə çatıb. Açılış mərasimində Rumıniya Parlamentinin deputatları, Azərbaycan və Türkiyənin Rumıniyadakı səfirləri, Rumıniyada fəaliyyət göstərən bir çox aparıcı şirkətlərin rəhbərləri, Türk İş Adamları Dərnəyinin nümayəndələri, `SOCAR Petroleum SA` şirkətinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, habelə yerli KİV nümayəndələri iştirak ediblər.

Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 ve 98 tipli yanacaq məhsulları satışının həyata keçiriləcəyi məntəqədə 3 sayğac quraşdırılıb.

Burada 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsi mümkündür.

Məntəqədə elektromobillərin enerji ilə təminatı, həmçinin “Roviniete” (yol vergisi) də daxil olmaqla bir sıra ödənişlərin edilməsi üçün xüsusi avadanlıqlar quraşdırılıb, eləcə də 24 saat ATM xidməti fəaliyyət göstərir. Müştərilərə “Nar” kafedə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təklif olunur.

Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 16 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu və Buxarestdə yanacaqdoldurma məntəqələrinə malikdir.

AzVision.az


Teqlər:





Xəbər lenti