Ev almaq istəyənləri kimlər çaş-baş salır?
“Bununla da süni tələb formalaşacaq, süni qiymət artımları baş verəcək və nəticədə insanlar itirəcək, bir qrup “makler-biznesmenlər” qazanacaq. Sanki əmlak bazarında hamı əlində pul ev axtarır, amma mənzil tapa bilmir. Halbuki, bazarda elə mənzillər var ki, nəinki aylardır, hətta illərdir alıcısını tapa bilmir. Qiymətdə Almaniyanın paytaxtı Berlin ilə “rəqabətə” girən Bakının mənzil bazarında əslində neft bumu dövrü yaranan “köpüklər” yavaş-yavaş partlamaqdadır. Belə məlumatlar ilə yenidən əmlak bazarında belə “köpüklər” yaradıb insanları mənzil almaq imkanından mərhum etməyə nə ehtiyac var?
Maraqlıdır, mənzillərin qiyməti niyə artmalıdır? Neftin qiyməti kəskin yüksəlibmi? İpoteka krediti bərpa olunubmu? Banklar kredit faizlərini kəskin aşağı salıbmı? Rusiyadan Azərbaycana göndərilən pulların həcmi artıbmı? Dövriyyədəki pulun həcminin azaldığı bir zamanda əmlak bazarına yeni vəsait daxil olubmu? Bunların heç biri baş verməyib. O zaman mənzillərin qiyməti niyə artmalıdır ki?”
Anar Kəlbiyev
AzVision.az
Teqlər: