Neftimizin qiyməti 43 dollara çatır

Neftimizin qiyməti 43 dollara çatır
  18 Mart 2016    Oxunub:2816
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,36 dollar bahalaşaraq 40,24 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,13 dollar artaraq 41,63 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,53 dollar bahalaşaraq 42,63 dollar təşkil edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti