Azərbaycan radikallaşmanın qarşısını necə alır?

Azərbaycan radikallaşmanın qarşısını necə alır?
  22 Mart 2016    Oxunub:3073
İsrailin məşhur `The Times of Israel` qəzetində Azərbaycanın mürəkkəb coğrafi məkanda necə radikallaşmasının qarşısını almasından bəhs edən məqalə dərc olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin əməkdaşı Səid Musayevin qələmə aldığı məqaləni təqdim edirik:

-Azərbaycanda dini exstremizmə qarşı mübarizə ölkənin daxili stabilliyini poza biləcək vətəndaşlar arasında radikallaşmanın qarşısını almaq üçün dövlət orqanları ilə birgə əməkdaşlıq nəticəsində həyata keçiriləcək bütün inzibati cəza tədbirləri və hüquqi addımları özündə ehtiva edir. Bu mənada Avstraliyada məşhur İqtisadiyyat və Sülh İnstitutu tərəfindən dərc olunan 2015-ci il Qlobal Terrorizm İndeksində Azərbaycanın potensial terror hədələrinin qarşısının alındığı və bu sahədə qabaqlayıcı ölçülərin götürüldüyü dünyanın əmin ölkələri arasında yer alması heç də təsadüfi deyil.

Bəs eləysə bu problemin qarşısının alınması üsulu yaxud Azərbaycan çoxsaylı təhlükəsizlik çağırışları ilə titrəyən bir region ətrafında ektremist dini qruplaşmaların müdaxiləsinin və öz vətəndaşlarının radikallaşmasına qarşı necə hərəkət edir?

Hər şeydən qabaq bu ölkə çoxsaylı təriqətlərdən olan icmaların və müxtəlif dinlərin multikultural dəyərlərə malik olan bir cəmiyyətdə birgəyaşayışı naminə radikallaşmanın qarşısının alınması üçün düzgün dövlət siyasəti həyata keçirir. Azərbaycan dövləti tərəfindən radikallaşmaya və bütün növ dözümsüzlük aktlarına qarşı mübarizənin aparılmasını nəzərdə tutan xüsusi mövqeyi ABŞ-da 11 sentyabr 2001-ci ildə terror hücumundan sonra beynəlxalq anti-terror koalisyasına qoşulması ilə bəyan olundu. Azərbaycanla bağlı digər önəmli faktor onunla əsaslanır ki, bu ölkə müxtəlif dini cərəyanların təsirləri ilə (Cənubdan – şiə İran, Qərbdən –sünii Türkiyə ) əhatə olunan mürəkkəb coğrafi məkanda yerləşir və 25 illik müstəqilliyi dövrü ərzində apardığı məqsədyönlü siyasət nəticəsində öz ölkəsinin daxilinə radikal dini idealogiyaların təsirinin qarşısını almışdır. Bu mübarizədə Azərbaycan dövləti bu ictimai bəlaya yoluxmanın qarşısını almaq məqsədiylə vacib olan bütün qanuni, inzibati eyni zamanda institüsional tənzimləmələri həyata keçirmişdir.

Azərbaycan höküməti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) vasitəçiliyi ilə ölkənin bütün regionlarını əhatə edəcək kompleks tədbirlər planı və müxtəlif layihələr həyata keçirməkləcəmiyyətdəki təhlükəsizlik çağırışlarına cavab vermiş olur. Paris və Brüsseldə islamçı terror qruplaşmaları tərəfindən törədilmiş terror dalğası nəticəsində radikallaşma dalğasına qarşı ayılmış Qərb dövlətləri radikallaşmaya qarşı mübarizədə gec qalmaları vətəndaş müharibəsinə gətirib çıxarmaq kimi böyük ağır nəticələrə gətirib çıxara bilər. Odur ki, bütövlükdə Avropa radikallaşma fenomeninə qarşı mübarizə aparılmasında sərt ölçülərin qəbul olunmasında həqiqətən gecikir, məsələn Fransada yenicə Milli Asambleya tərəfindən konstitusional dəyişikliklər edilərək Franada radikal islamçı vətəndaşların terror hücumlarının qarşısını almaq məqsədiylə terrorçuların vətəndaşlıqdan müsadirə olunmasıyla bağlı qərar qəbul olunmuşdur.

Bütün insanların azadlığını qoruyan fundamental dəyərlər üzərində formalaşan Avropa hər bir fərdin azad şəkildə öz dinini seçmək, onu dəyişmək və sərbəst şəkildə onu həyata keçirmək hüquqlarını tanıyır. Yaxud, siyasi islamizmdən ilham almış radikal qruplar dözümsüzlük və təcridçilik ideologiyalarının təbliğatı vasitəsilə məçidlərdə ayrıseçkilik yaradacaq fikirləri Avropalı gənclərin düşüncələrinə əkərək Suriya və İraqda İslam dövləti terror qruplaşmasının hərbi düşərgələrində döyüşəcək gələcək Avropalı döyüşçüləri bu işlərə cəlb etməyin yollarını axtarmaqla əslində, bu radikal qruplar 100 illərdən bəri Qərbdə mövcud olan multikultural plüralist tolerantlılıq və dünyəvi(laik) mühitdən süi-istifadə etmiş olurlar. Onlar bu mühitə zidd olan dini qaydaları yaymaq naminə ifadə azadlığından öz məqsədləri üçün yararlanırlar.

Lakin bu senariya qarşısında bütünlükdə Avropa ölkələrini təhdid edən güclü ideoloji dalğa ilə genişlənən radikallaşmaya qarşı götürülmüş ölçülər kifayətdirmi?

Bu sahədə effektif siyasət inkişaf etdirmək üçün ilk öncə radikallaşan fərdlərin hansı hal-vəziyyətdə radikkallaşdırılmalarını və belə davranış səbəblərini müəyyənləşdirmək lazımdır. Radikallaşmanın mümkün qədər qarşısının alındığı əsas sosial problem olaraq qəbul olunduğu Azərbaycan nümunəsinə qayıdaq. Nəzərə alaq ki, radikallaşma güclü qütbləşmə ilə probemin ampulasını ikiləşdirərək ictimai həmrəylik və sosial birlik üçün potensial təhlükəni təşkil edir. Bundan başqa radikallaşma prosesi terrorist hücumu və zorakılıqdan istifadə olunmaqla ektremizm vəziyyətində ortaya çıxır. Bu problemlərin qarşısını əlbəttə yalnızca qlobal yanaşma vasitəsilə almaq olar.

Bu sahədə institüsional nəzarəti həyata keçirən Azərbaycan hökümətinin əsas dayağı dini qurumların qeydiyyatını və onların ləğv olunmasını həyata keçirən, habelə fəaliyyətlərinin dayandırılmasını tələb edən, habelə diskriminasiya və nifrət nitqini təbliğ edən dini ədəbiyyatların nəşrini, satışını, onların yayılmasına icazə səlahiyyətlərinə malik olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir(DQİDK). DQİDK radikallaşmaya qarşı mübarizədə yerli icra orqanları ilə geniş əməkdaşlıq edərək çoxşaxəli fəaliyyət həyata keçirir. Yerli icra hakimiyyəti orqanları sadə vətəndaşlara yaxın olduqları üçün onların radikallaşmasının qarşısının alınması və bu hallara qarşı mübarizədə məsuliyyətləri inkarolunmazdır. Onlar bələdiyyə və şəhər əhalisi arasında nələrin baş verdiyini görə biləcək qədər yaxın mövqeydə olduqları üçün neqativ axınların inkişafına erkən mərhələdə müdaxilə edilməsini daha tez bilirlər. Bu mənada, Dövlət Komitəsinin bütün Azərbaycan ərazilərini əhatə edəcək regional mərkəzləri vətəndaşların maarifləndirilməsi baxımından logistik əhəmiyyətə malikdir.

Görülən kompleks tədbirlər arasında ilkin olaraq Azərbaycan höküməti Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirici tədbirlər vasitəsilə müsəlmanların cəmiyyətə inteqrasiyasını təşviq edir. Burada xüsusi diqqət müsəlman gənclərin multikultural mühitdə milli kimlik problemlərinə, diskriminasiyaya qarşı mübarizə və bu insanların təcrid olunmadan cəmiyyətin bütün sahələrində, ictimai, siyasi və iqtisadi sahələrdə iştirakının təmin olunmasına ayrılır. Gəncləri radikal ideologiyalardan qorumaq məqsədiylə dövlət xaricdən idxal olunan diskriminasiya və nifrət nitqini aşılayan dini ədəbiyyatlar, eləcə də, dini nəşrlər üzərində nəzarəti həyata keçirir. Bir faktı unutmayaq ki, İraq və Suriyada hərbi düşərgələrə döyüşməyə yola düşən xarici döyüşçülər (Foreign fighters)dünyəvilik (laik) prinsipi üzərində qurulmuş fransız məktəblərində tərbiyə almış, lakin cəmiyyətə pis inteqrasiya etmiş gənclərdir.

Avropa kontekstində radikallaşma prosesində milli kimlik böhranına tez-tez rast gəlinir. Burada söhbət iki mədəniyyət arasında qərarsız qalan gənclərdən gedir. Onların özlərinə xas bir kimlik axtarışında bəzi gənclər radikal islama tərəf dönür. Əlbəttə mümkündür ki, bu gənclərə yaşadıqları cəmiyyətdə islam barəsində obyektiv məlumata yiyələnmək, radikal və ekstremist islamçı qruplaşmaların müxtəlif vasitələrlə cəlb ediciliyini iflasa uğradaraq müasir cəmiyyətdə müsəlman olmağı, islamı doğru-düzgün yaşamaq imkanları verilsin.

Azərbaycan höküməti islamafobiya və radikal qütbləşmələrə qarşı aktiv mübarizəsi olduqca kompleks xarakter daşıyır. Bu mənada radikallaşmanın qarşısının alınmasında Azərbaycanın yanaşması gənclərin vətəndaşlıqdan məhrum edilməsi metodları ilə deyil, əksinə gənclərin düşünülmüş dini maarifləndirmə yolu ilə cəmiyyətə yenidən reinteqrasiya etdirməyi nəzərdə tutur. Unutmayaq ki, bu ölkədə yaşayanların əksəriyyəti müsəlmanlardır. Əgər müsəlmanlar kütləvi şəkildə radikal islamçılığa dönərlərsə bu zaman yaşanıla bilinəcək fəlakətin miqyasını təsəffür edək.

Radikallaşma bəlasının cəmiyyətdə cilovlanması naminə Azərbaycan dövləti bütün sahələrdə radikallaşmaya qarşı mübarizənin genişləndirilməsi üçün bütün inzibati ölçüləri götürür. Hərşeydən öncə bu mübarizədə güclü qanunvericilik bazasının yaradılması naminə Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddəsinə uyğun olaraq və Azərbaycan Respublikasının dini qurumların faəliyyətlərinə nəzarət mexanizminin həyata keçirilməsi, dini qurumların hüquq və vəzifələrini, habelə onların cəmiyyətdə olan statuslarını müəyyən edilməsilə bağlı imzaladığı beynəlxalq müqavilələrə əsaslanaraq‘‘dini etiqad azadlığı’’ haqqında qanunun qüvvəyə minməsi əsas qanunvericilik mexanizmini yaratmış oldu.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gördüyü işlər yalnızca bu sahədə nəzarətin həyata keçirilməsi ilə məhdudlaşmır. Dövlət Komitəsi hökümət orqanı olaraq dinlə dövlət arasında münasibətlərin institüsionallaşması sahəsində önəmli rol oynayır. Dini radikalizmin təsirinə məruz qalan vətəndaşların deradikallaşması naminə yeni qərarların verilməsi dini xurafata qarşı mübarizədə Azərbaycanın əsas siyasi iradəsini göstərir. Bundan əlavə, məscidlərdə xütbələr zamanı imamların siyasi ritorikalardan istifadələrinə nəzarət olunur və məhdudlaşdırılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının «Məscidləri siyasi arenalara çevirəcək olanlar cəzalanıdırlacaqlar» mesajı net və aydındır. Bu mənada Azərbaycanda imamların formalaşdırılması bu ölkədə yaşayan müsəlmanların yalnızca İranda şiə təriqətinin müqəddəs şəhərlərindən sayılan Qum şəhərindən olan imamlardan, yaxud Türkiyədə ayrı-ayrı şəhərlərdə dini dərshanələrdə formalaşmış hocalardan asılı olmasının qarşısı alacaqdır. Ümumiyyətlə, bu imamlar Azərbaycan cəmiyyətini lazımınca tanımamaları zaman-zaman yalnış məlumatların verilməsinə gətirib çıxarır.

Dini radikalkizmin qarşısının alınmasının Azırbaycan nümunəsində ictimai təşkilatlar, müsəlam, yəhudi və xristian kimi müxtəlif dini icmalardan olan qonşu gənclər təşkilatlarının fəaliyyətləri multikultural cəmiyyətdə islami əxlaqın, habelə düzgün ibadət üsullarını ehtiva edən mövzular barəsindəgənclərin məlumatlandırılmasına dəstək göstərilir. Dövlət Komitəsinin həm ənənəvi, həm də qeyri-ənənəvi müsəlman icmalarına 2.5 milyon AZN (3.1 milyon $) və qeyri-müsəlman icmalarına 600.000 AZN (500.000 $) ayırması, bundan əlavə, müxtəlif məsələlər və tolerantlığın təbliği üzrə seminar və treninqləri həyata keçirmək üçün Beynəlxalq Multikulturalizm Mərkəzini və Milli Tolerantlıq Mərkəzini təsis edilməsi bütün deyilənləri təsdiq edir. Vətəndaş cəmiyyətinin bu aktorları vətəndaşları həmçinin dini ektremizmin tarixi və demokratik cəmiyyətlərə təsiri barəsində, eləcə də, dünyada münaqişə ocaqları və geosiyasi gedişatla bağlı izahatlarla təmin edirlər.

Radikallaşmaya qarşı mübarizədəbütün bu növ fəaliyyətlər məcburi şəkildə həyata keçirilməməlidir, lakin bunlar gənclərə multikultural cəmiyyətin avantajlarına maraqlı olacaqları mühitin yaradılmasına tövhə verməlidir. Bu mənada Qərb dövlətlərinin terrorizmə və radikallaşmaya qarşı apardıqları mübarizə təhsili, dini konfessiyalar arası dialoqu, diskriminasiya yox deyən və nifrət nitqinə qarşı mübarizəni özündə təşviq edən Avropa dəyərlərindən və universal insan hüquqlarından ilham almalıdır. Bu an üçün, etiraf etməliyik ki, islamçı radikalizm öz potensial ümmətini (davamçılarını) kimliklərini yaxud həyatlarında bir məna axtaran, yaxud da, hələdə təskinləşdirici həyatı struktura ehtiyacları olanhimayə olunmayan gənclər arasında asanlıqla tapır.

AzVision.az


Teqlər:  





Xəbər lenti