Ermənilərin növbəti təxribatının qarşısı alınıb

Ermənilərin növbəti təxribatının qarşısı alınıb
  25 Mart 2016    Oxunub:2003
Rusiyada Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alınıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya paytaxtında açılan "Səyahət və turizm" 23-cü Moskva beynəlxalq sərgisində Ermənistan həmişə olduğu kimi, bu dəfə də təhrikçilik siyasətindən əl çəkməyib. Sərgidə açılan pavilyonda Ermənistan öz stendi ilə yanaşı, Qarabağ stendini də quraşdırıb. Lakin Azərbaycanın Rusiyadakı səfirliyi sərginin təşklatçılarına etirazını bildirərək separatçı rejimin stendinin bağlanmasına nail olub.


Qeyd edək ki, "Səyahət və turizm" 23-cü Moskva beynəlxalq sərgisində 180 ölkə və regiondan 1500 şirkət iştirak edir. 1994-cü ildən keçirilən Moskva beynəlxalq “Səyahət və turizm” sərgisi Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukraynada turizm tədbirlərinin təşkili ilə məşğul olan ITE beynəlxalq şirkətlər qrupu tərəfindən təşkil edilib. Azərbaycan bu sərgidə 2002-ci ildən təmsil olunur.

Sərgi martın 26-dək davam edəcək.


Teqlər:





Xəbər lenti