AZAL-dan yeni kampaniya

AZAL-dan yeni kampaniya
  30 Mart 2016    Oxunub:2830
"Azərbaycan Hava Yolları" (AZAL) özünün AZAL Miles bonus proqramı çərçivəsində yeni aksiyaya start verir.
Aprelin 1-dən 1 iyun 2016-cı il tarixinədək Berlin və Parisə uçan proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər. Bakı-Paris-Bakı aviareysləri həftədə 4 dəfə - çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə səhər saat 06:35-də, Şarl de Qoll Hava Limanına eniş isə yerli vaxtla saat 10:05-də. Parisdən uçuş - yerli vaxtla saat 11:25-də, Heydər Əliyev Hava Limanına enmə Bakı vaxtı ilə saat 18:35-də.

Martın sonundan etibarən bərpa edilən Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa reyslər həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetirilir. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:00-da, Tegel Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:55-də. Berlindən uçuş - yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - Bakı vaxtı ilə saat 17:25-də.

Paris və Berlinə aviareyslər biznes və ekonom salonlu komfortlu Airbus A320 və A319 laynerləri ilə həyata keçirilir.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme
Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: https://azvision.az/redirect.php?url=http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

AzVision.az


Teqlər:





Xəbər lenti