Rusiyada təyyarə faciəsi - Bütün ekipaj üzvləri ölüb

İrkutsk vilayətinin qubernatoru hadisə ilə əlaqədar iyulun 4-də regionda matəm günü elan edib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 on nəfərlik heyətlə meşə yanğınının söndürülməsində iştirak edib. Təyyarə İiulun 1-də radarlardan itib. Təyyarə iyulun 3-də tapılıb.
Təyyarənin məhdud görmə şəraitində nəyəsə çırpıldığı ehtimal olunur. Digər versiya kimi isə müstəntiqlər texniki problemlərin yaranmasını və pilotun səhvini araşdırırlar.
İlkin Nəcəfzadə
AzVision.az