Obama müsəlmanları təbrik etdi

“Ramazan ayı ərzində günahsız insanlar həyatını itirdi. Dünyanın müxtəlif bölgələrində zorakılıq hadisələrinin şahid olduq. Bu ay boyunca Orlandoda, İstanbulda, Bağdadda, Mədinədə və digər şəhərlərdə yüzlərlə günahsız insan öldürüldü.
Dünyada müsəlmanlara qarşı hücumların artdığını görürük. Kimsə ibadətgahda özünü təhlükə içində hiss etməməlidir. Bir çox Amerikalı ramazan boyunca içində yaşadığı cəmiyyətdə müsəlmanlara yardım etmiş, hətta bu dindən olan qonşuları ilə birlikdə oruc tutmuşdur. Nifrətə qarşı Amerikalı dəyərlərimiz bizi bir araya gətirəcək və birlik içində olaraq bir-birimizi qoruyacağıq”,- deyə Barak Obama təbrik məktubunda vurğulayıb.
AzVision.az
Teqlər: